Dünya futbol ictimaiyyəti ŞOK-da: Əfsanəvi Maradona vəfat etdi

Dünya futbol ictimaiyyəti ŞOK-da: Əfsanəvi Maradona vəfat etdi

Dünya futbolunun əfsanəsi, argentinalı Dieqo Armando Maradona həyatını itirib.
 
Sport7.az xəbər verir ki, bu haqda Argentinanın öndə gedən nəşrlərndən sayılan "Clarin" məlumat yayıb. Məlumata görə veteran futbolçunun ölümünə səbəb ürəktutması olub. Bir müddət əvvəl qısa beyin əməliyyatı keçirən əfsanəvi futbolçu Tqiredəki evində keçirdiyi infraktdan sonra gözlərini dünyaya əbədi yumub.
 
Bütün zamanların ən böyük futbolçularından biri sayılan Maradona, 1986-cı ildə Argentinanın çempionu olmasında böyük rol oynayıb..

Klub karyerası ərzində "Boka Xuniors", "Napoli" və "Barselona" kimi komandaların formasını geyinən Maradona dünyanın hər yerində özünə milyonlarla pərəstişkar qazanmağı bacarmışdı. 
 
1986-cı ildə İngiltərə ilə qarşılaşmada əllə vurduğu qolun qeydə alınması bir çox mübahisələrə səbəb olmuşdu. Bununla yanaşı o narkotik və spirtli içki aludəçisi üçün bir çox problemlərlə üzləşmişdi. 
 
Maradona dünya çempionluğu ilə yanaşı 1987-90-cı illərdə "Napoli"nin heyətində ildə İtaliya Kuboku və 1991-ci ildə Uefa Kubokunu da qazanıb. 
 
Ölüm xəbərini Maradonanın vəkili təsdiqləyib. 

Maradona bir müddət öncə təcili beyin əməliyyatı keçirdiyi xəstəxanada 8 gün qaldıqdan sonra, noyabrın 11-də ayrılmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR