Dünya kubokunda çıxış edəcək kikboksçularımız müəyyənləşdi

Dünya kubokunda çıxış edəcək kikboksçularımız müəyyənləşdi

Kikboksçularımız sentyabrın 24-29-u arasında Rusiyanın Anapa şəhərində Wako versiyası üzrə keçiriləcək Dünya Kubokunda özünü sınayacaq.
 
Sport7.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin və vitse-prezident Güloğlan Cabbarovun dəstəyi ilə Azərbaycan Kikboksinq yığması da bu yarışda mübarizə aparacaq. Milli komandanın rəisi Məhəmməd Babayevin rəhbərliyi və , baş məşqçilər- beynəlxalq dərəcəli hakim Elnur Alıyevin, Aydın Ağabəyov, Fuad Zeynalov İsayev Elşən və Xəyyam Abışovun iştirak edəcəkdir. Milli yığma komandamız 33 idmançı ilə "Diamond Cup" dünya kubokun qatılacaq.

Yığmamızın məşur idmançılarından Avropa mükafatçısı Rəhimov Əsgər Avropa çempionu Amin Quliyev, dünya Avropa mükafatçısı Nicat Ələkbərzadə, Avropa çempionu Qəşəm Məmmədov, Vüsal Kazımov, Camal Məmmədov, Anar Məmmədov, Sehran Baxşıyev və başqaları Azərbaycanı bu yarışda təmsil edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR