Dünyanın ən yaxşı baş məşqçisi açıqlandı

Dünyanın ən yaxşı baş məşqçisi açıqlandı

Fransanın "LEquipe" nəşri hazırkı məqamda dünyanın ən yaxşı baş məşqçisini seçib.

Sport7.az xəbər verir ki, Fransa qəzeti bu ada Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidanı layiq görüb. Səsvermədən sonra ikinci yeri "Liverpul"un alman baş məşqçisi Yurgen Klopp tutub. İlk "3-lüy"ü isə "Mançester Siti"nin sükanı arxasında olan Xosep Qvardiola tamamlayır.

"Real" 2019/2020 mövsümündə Zinəddin Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub. "Kral klubu" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə evdə "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR