Dvayt Hovard

Dvayt Hovard "Leykers"də

"Memfis"in mərkəz oyunçusu Dvayt Hovard karyerasını "Leykers"də davam etdirəcək.

Tərəflər zəmanətsiz müqavilənin şərtlərini razılaşdırıblar. "Qrizzlis" yaxın günlərdə Hovardın 5,6 milyon dollarlıq müqaviləsini alacaq. 33 yaşlı basketbolçu buradan 2,6 milyon dollar gəlir əldə edəcək. Hovard "Leykers"də məhz bu qədər qazana bilər.

DH-ın müqaviləsi 2020-ci il, 7 yanvar tarixindən etibarən zəmanətli olacaq.

Hovard daha əvvəl 2012-13 mövsümündə Los-Anceles təmsilçisinin heyətində çıxış edib. Onun karyera ortalamaları belədi: 17,4 xal, 12,6 ribaund və 2,0 blok-şot.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR