Döyüş bölgəsindəki futbolçu:

Döyüş bölgəsindəki futbolçu: "Ürəyimiz hərbçilərimizin yanındadır"

"Hadisələrlə bağlı onu deyə bilərəm ki, bizim əsgərlərimizə dua etmək lazımdır. Allahın köməkliyi ilə nə lazımdırsa, hamısını edəcəklər. Hazırda da edirlər".

Bu fikirləri "Report"a açıqlamasında Tovuzun Ağdam kəndində olan "Turan Tovuz" komandasının futbolçusu Səbayıl Bağırov deyib.

25 yaşlı yarımmüdafiəçi hazırda kəndə olduqlarını və heç yerə getmək barədə düşünmədiklərini bildirib.

Bağırovun sözlərinə görə, yerli əhali əlindən gələn bütün köməklikləri göstərməyə hazırdır: "Hazırda hamı kənddədir və öz işləri ilə məşğul olurlar. Atışma da davam edir. Bəzi yaşayış evlərinə ziyan dəyib".

Bağırov can-başla döyüşə hazır olduqlarını söyləyib: "Mənim kimi bütün gənclər də bu fikirdədir. Buradakı vəziyyəti ancaq hadisə yerində olanlar başa düşər. İnsanın ürəyi istəyir ki, döyüşün içində olasan və sənin də köməyin dəysin. Ordumuz düşmənə layiqli cavabın verir və cavab verməyə davam edəcək".

Yarımmüdafiəçi deyib ki, hazırda döyüş bölgəsində yaxın qohumları da iştirak edir: "Əmim və dayım, demək olar ki, bütün qohumlarım müddətdən artıq hərbi xidmətdədirlər. Hazırda döyüşürlər və ürəyimiz onların yanındadır. Dostum Elşad Məmmədov da şəhid olub, Allah bütün şəhidlərə rəhmət eləsin".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR