Olimpiya çempionu Türkiyə klubunda

Olimpiya çempionu Türkiyə klubunda

Nataliya Zilyo Pereyra karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Braziliyalı voleybolçunun "Əczacıbaşı" klubuna transferi rəsmiləşib.

Nataliya daha əvvəl Türkiyədə "Fənərbağça"da çıxış edib. O, 2016-2018-ci illərdə formasını geyindiyi "sarı-lacivərdlilər"lə bir dəfə Türkiyə çempionatının qalibi adını qazanmışdı.

Nataliya sonuncu klubu - "Minas"ın heyətində Braziliya Superliqasının qalibi olub. Həmçinin 30 yaşlı voleybolçu çempionatın ən yaxşı kənar-vurucusu seçilmişdi.
 
Qeyd edək ki, Nataliya Zilyo Pereyra qadın voleybolçulardan ibarət Braziliya millisinin üzvü kimi 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarının qalibi olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR