Əflatun Amaşov Tiflisdə

Əflatun Amaşov Tiflisdə "Qəbələ"nin oyununda nə edir?

Hazırda Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avroliqanın ilkin təsnifat mərhələsinin "Dinamo" - "Qəbələ" matçını izləyənlər arasında tanınmış şəxslər də var.

Sport7.az-ın Tiflisə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, hazırda oyunu Mətbuat Şurasının sədri Əflatun Amaşov da izləyir.

Gürcüstanın Bolnisi rayonundan olan Amaşov hazırda Tiflisdədir və oyuna VİP zonadan baxır. Onun bura istirahət məqsədi ilə gəldiyi gözlənilir. 

Qeyd edək ki, oyunu "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, futbol direktoru Toni Adams, eləcə də Gürcüstan millisinin baş məşqçisi Kaxaber Tsxadadze və onun köməkçisi Georgi Çixradze də izləyir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR