Əfsanələr meydana çıxdı, rekord məbləğdə pul yığıldı - FOTOLAR

Əfsanələr meydana çıxdı, rekord məbləğdə pul yığıldı - FOTOLAR

"Covid-19"la mübarizəyə dəstək üçün ən çox maraq cəlb edən yarışlardan biri təşkil olunub. 
 
Sport7.az xəbər verir ki, NFL-in (Amerika futbolu) dünyaca məşhur isimləri Peyton Manninqlə Tom Bredi golfun əfsanələri Fil Mikelson və Tayqer Vudsla golf meydanında görüşüb.
 
Vuds və Manninqin "Bredi ilə Mikelsona qarşı oynadığı bu əyləncəli görüşdə golf ustaları qələbə qazanıb. Dünyaca məşhur ulduzların iştirakı ilə təşkil edilən bu yarışın sonunda 20 milyon dollar pul toplanıb. Yığılan məbləğ koronavirus xəstələrinə yardım üçün xərclənəcək. 
 
Güclü yağış səbəbindən 45 dəqiqə gec başlayan yarışda maraqlı anlar da yaşanıb. Belə ki, dəliyə göndərməyi bacardığı topu götürmək istəyən Bredi əyilərkən geyiminin arxası yırtılıb. Ortaya gülməli görüntülər çıxıb və ulduz oyunçu üst geyimini belinə bağlayaraq oynayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR