Əfsanəvi basketbolçunun ayaqqabıları görün hansı qiymətə satıldı

Əfsanəvi basketbolçunun ayaqqabıları görün hansı qiymətə satıldı

NBA-nın əfsanələrindən olan Maykl Cordanın "Çikaqo Bulls"dakı ilk illərində geyindiyi ayaqqabı hərracda satılıb.
 
Sport7.az xəbər verir ki, dünyaca məşhur basketbolçunun gənc vaxtlarında geydiyi ayaqqabını kolleksiyaçı Cordan Geller 560 min dollara alıb. Cordan sözügedən idman ayaqqbıları 1985-ci ildə geyinib. 
 
Əslində onun ayaqabılarının maksimum 150 min dollara satılacağı gözlənilirdi. Ancaq basketbolçunun həyatından bəhs edən "Last Dance" adlı sənədli filminin yayımından sonra ayaqqabılar gözləniləndən daha artıq qiymətə satılıb. 
 
Geller sağ və sol tərəfdə fərqli nömrəsi olan ayaqqabıları Las Veqasda yerləşən "Shoezeum" adlı muzeyə bağışlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR