Əlcəzair Afrika Millətlər Kubokunun qalibi oldu (VİDEO)

Əlcəzair Afrika Millətlər Kubokunun qalibi oldu (VİDEO)

Misirin ev sahibliyində keçirilən Afrika Millətlər Kubokuna yekun vurulub.

Final görüşündə Seneqal və Əlcəzair milliləri üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. 2-ci dəqiqədə fərqlənən Bağdad Bunedja Əlcəzairə qələbə qazandırıb. Bu, "ağ-yaşıllar"ın Afrika Millətlər Kubokunda ikinci çempionluğudu. Əlcəzair yığmasının ilk uğuru 1990-cı ilə təsadüf edib.

Afrika Millətlər Kuboku

Final

Seneqal - Əlcəzair - 0:1

Qol: Bunedja (2)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR