"Əliömərovla münasibətlərimiz yaxşı deyildi" - Azərbaycan güləşçisi

Azərbaycanın ən titullu qadın güləşçisi Mariya Stadnik milli komandanın sabiq baş məşqçisi Maqomed Əliömərovun vəfatı xəbərinə reaksiya verib. 

32 yaşlı idmançı "Report"a açıqlamasında dağıstanlı mütəxəssisin ölümü barədə çox danışmaq istəmədiyini bildirib. 

"Nə deyə bilərəm?! Allah rəhmət eləsin" söyləyən Stadnik mərhum mütəxəssislə elə də yaxşı münasibətlərinin olmadığını etiraf edib. Lakin o, aradakı soyuqluğun motivləri ilə bağlı danışmaq istəməyib: "Öz səbəblərim var. Artıq bu barədə danışmaq istəməzdim. Qoy, nur içində yatsın. Bu qədər".

Qeyd edək ki, Maqomed Əliömərov bu gün 68 yaşında koronavirusdan dünyasını dəyişib. O, 2011 - 2015-ci illərdə Azərbaycanın qadın güləşi üzrə milli komandasının baş məşqçisi, 2008 - 2017-ci illərdə isə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR