Elmar Baxşıyev:

Elmar Baxşıyev: "Başımızı yuxarı qaldırmamalıyıq"

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev növbəti turda qarşılaşacaqları "Səbail"lə oyun haqda fikirlərini bildirib.

Baş məşqçi postuna keçəndən sonra "Qəbələ"yə bu mövsüm ilk qələbəsini qazandıran Elmar bəy Sport7.az-a müsahibəsində planlardan danışıb.

- "Səbail"lə oyuna hazırlıq necə gedir?

- Əvvəlki qaydada hazırlaşırıq. Zədəli futbolçumuz yoxdu. Komanda şəklində hazırlığı davam etdiririk.

- 4 oyuna 9 xal toplayan rəqibiniz turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Analiz etmisizmi? Oyundan nə gözləyirsiz?

- "Səbail" heyətinə görə çempionatda ilk 3 yerə layiq olan komandadı. Bilirik ki, bizi çətin oyun gözləyir. Komanda şəklində daha yaxşısını etməyə çalışırıq.

- Ötən turdakı qələbədən sonra futbolçularda yəqin ki, özünəinam yaranıb və psixoloji cəhətdən hər şey qaydasındadı. Bəs komandanın oyun üslubunda hansısa dəyişikliklər etmisizmi, yaxud edəcəksizmi?

- Qısa zaman ərzində çox dəyişiklik edə bilməmişik. Qlobal dəyişiklik üçün zaman lazımdı. Sadəcə, bu durumdan çıxmaq üçün komandada ab-havanın yaxşı olmasına çalışırıq. Özlərinə inam olmalıdı ki, heç kimdən zəif deyillər. Hamı ilə mübarizə aparmağa qadirdilər.

- "Səbail"lə oyunda hansısa dəyişikliklər gözlənilirmi? Yoxsa qalib heyəti dəyişmək niyyətində deyilsiz?

- Məşqlərə baxırıq. Kim daha hazırlıqlıdısa o da oyunda iştirak edir. Hələ bir məşqimiz də var. Bundan sonra qərar verəcəyik.

- Komanda rəhbərliyiniz altında daha inamlı görünür? Ötən turlarda itirilən xalları nəzərə alsaq, fasiləyə qədər minimum neçə qələbə hədəfləmisiz. Ümumiyyətlə, fasiləyə qədər "Qəbələ"ni hansı pillədə görürsüz?

- Çalışırıq ki, keçmişi unudaq. Bakıdakı oyuna komandanı kökləməyə çalışırıq. Hansı formada alınacaq görəcəyik. Hazırda fikrimiz qarşıdakı oyuna yönəlib. Futbolçuları çətin və ağır oyuna kökləyirik. Hələlik heç nəyə nail olmamışıq. Turnir cədvəlinin axırıncı pillələrindəyik. Başımızı yuxarı qaldırmamalıyıq. Üzərimizdə çox işləyib, qarşıdakı oyunlarda maksimum nəticə qazanmalıyıq. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR