Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar: Siyahıda Mənsimovla Məmmədov da var

Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar: Siyahıda Mənsimovla Məmmədov da var

Vyana Konvensiyasına görə əgər hər hansı bir ölkə digərinə Fəxri Konsul göndərirsə onların etimadnaməsini həmin ölkənin Xarici İşlər Nazirləri qəbul edir.

Azərbaycandakı Fəxri Konsullarla bağlı məsələ dəfələrlə mətbuatın müzakirə mövzusuna çevrilib. Dolaşan iddialara görə Fəxri Konsul adı almaqda maraqlı olanlar öncədən müəyyən sövdələşmədən keçirlər.

Sfera.az mövzunun aktuallığını nəzərə alaraq son illər ərzində XİN rəhbəri kimi Elmar Məmmədyarovun etimad göstərdiyi bir neçə Fəxri Konsulun siyahısını hazırlayıb.

"Bakı"nın prezidenti Hafiz Məmmədovun oğlu Kənan Məmmədov (Xorvatiyanın Azərbaycandakı Fəxri Konsulu), "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimovun (Türkiyənin Lənkərandakı Fəxri Konsulu), Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovun (Makedoniyanın Azərbaycandakı Fəxri Konsulu) və Gənclər və İdman naziri Azad Rəhimovun qardaşı Murad Rəhimov (Portuqaliyanın Azərbaycandakı Fəxri Konsulu) da adı var.

Qeyd edək ki, Fəxri Konsullar Azərbaycanda "FK" seriyalı qırmızı rəngli avtomobil qeydiyyat nişanlarından istifadə edir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR