Elnur Məmmədov

Elnur Məmmədov "Real", "Bavariya" rəsmiləri ilə bir arada

Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq edib. Sport7.az xəbər verir ki, Avropa Klublar Assosiasiyasının "Marketinq və Kommunikasiya qrupu”nda "Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov da yer alıb.

İşçi qrupunun üzvləri arasında İspaniyanın "Real”, İtaliyanın "Milan”, Almaniyanın "Bayern Münhen”, İngiltərənin "Arsenal” kimi klublarının nümayəndələri də var.

"Neftçi” PFK-ya ünvanlanmış məktubda ilin sonuna kimi qrup üzvlərinin iştirakı ilə təşkil olunacaq görüşün yeri və vaxtı haqqında əlavə məlumatın veriləcəyi bildirilib.

Əlavə olaraq Avropa Klublar Assosiasiyasının "Marketinq və Kommunikasiya qrupu”nun tam tərkibini təqdim edirik.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR