Elşad Əhmədov

Elşad Əhmədov "Sabah"ın baş məşqçi postundan ayrıldı

"Sabah” Futbol Klubunun baş məşqçi postunda dəyişiklik edilib.
 
Sport7.az xəbər verir ki, mövsümə uğursuz başlayan əsas komandanın baş məşqçisi Elşad Əhmədov postundan ayrılıb. Ancaq mütəxəssis yenə klubda çalışacaq. Belə ki, o, bundan sonra prezidentin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar rəhbərliklə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. Ötən mövsüm Premyer Liqada debüt edən komandanın formalaşmasında, qurulmasında böyük əməyi olan Elşad bəyin mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac olduğunu düşünən rəhbərlik onu "Sabah"da saxlayıb.

Əsas komandanın baş məşqçi postu isə müvəqqəti olaraq əvəzediciləri çalışdıran Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR