Elşən Məmmədov ölkə birincisi oldu

Elşən Məmmədov ölkə birincisi oldu

İyul ayının 27-28-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk günə yekun vurulub.
 
Sport7.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Son olaraq yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulub. Toplam 216 kq (95+121) nəticə ilə Elşən Məmmədov çempionluğa yiyələnib. Gümüş medala toplam 200 kq (90+110) nəticə ilə Sənan Sahibov, bürüncə isə toplam 175 kq (80+95) nəticə ilə Ədalət Məmmədli sahib çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR