"Çelsi" argentinalı hücumçu üçün danışıqlara başlayacaq

"Çelsi" Mauro İkardini transfer etmək üçün danışıqlara başlayacaq.
 
Sport7.az xəbər verir ki, İtaliya mətbuatı PSJ-də icarə əsasında çıxış edən "İnter"in hücumçusunun ingilislərin diqqət mərkəzində olduğunu bildirib. 
 
Ancaq futbolçunu tam şəkildə transfer etmək üçün "Çelsi" 70 milyon avrosundan keçməlidi. Üstəlik argentinalı hücumçunu "Yuventus" da öz heyətində görmək istəyir. 
 
PSJ isə İkardini buraxmaq niyyətində deyil. Baxmayaraq ki, Fransa klubunun futbolçunun transferi ilə bağlı təklifi "İnter"i qane etməmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR