"Çelsi” baş məşqçisi Frenk Lempardla yollarını ayırıb.
Sport7.az xəbər verir ki, bu haqda London klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb. 2019-cu ilin yayında "zadəganlar”ın sükanı arxasına keçən 43 yaşlı mütəxəssisin istefaya göndərilməsinə səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır. Bu səbəbdən rəhbərlik Lempardın 2022-ci ilin yayına qədər olan sözləşməsinə xitam verib.
"Çelsi”də boş qalan baş məşqçi postuna tezliklə almaniyalı Tomas Tuxelin təyin olunması gözlənilir.
"Zadəganlar” Premyer Liqada 19 turdan sonra 29 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.
Sport7.az