Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.
Sport7.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İspaniya La Liqasının lideri "Atletiko" İngiltərənin "Çelsi" komandası ilə üz-üzə gələcək. Pandemiya səbəbindən qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.
Gecənin digər matçı İtaliyada olacaq. "Latsio" öz meydanında turnirin son qalibi olan Almaniya "Bavariya"sını sınağa çəkəcək.
Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar
24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)
24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)
1/8 finalın əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
"Barselona" - PSJ 1:4
"Leypsiq" - "Liverpul" 0:2
"Portu" - "Yuventus" 2:1
"Sevilya" - "Borussiya" (Dortmund) 2:3
Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək. İspaniya "Real Madrid"i İtaliyada "Atalanta" ilə, İngiltərənin "Mançester Siti" komandası isə Macarıstanın paytaxtı Budapeştdə Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Sport7.az