"Çelsi" tarixinin ən bahalı transferinə hazırlaşır

"Çelsi" "Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Halandı transfer etməyə hazırlaşır.

Sport7.az xəbər verir ki, 20 yaşlı norveçli hücumçu yay transfer dönəmində London təmsilçisinin əsas hədəfi olacaq.

"Zadəganlar" gənc oyunçunu heyətinə qataraq transfer rekordunu da yeniləməyə hazırdır. Hazırda klub tarixinin ən bahalı transferləri 80 milyon avroya başa gələn Kay Haverts və Kepa Arrisabalaqadır.

Haland 2019-cu ilin dekabrında Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR