"Çelsi" Ziyeşin transferini təsdiqlədi - 5 illik müqavilə

"Çelsi" "Ayaks"ın vinqeri Hakim Zieşlə müqavilənin şərtlərini razılaşdırdıqlarını təsdiqləyib.

Zieş "Çelsi" ilə 5 illik müqavilə imzalayacaq.

"Çelsi" kimi böyük bir kluba keçəcəyim üçün xoşbəxtəm. Növbəti mövsümün startını səbirsizliklə gözləyirəm və ümid edirəm ki, birlikdə böyük uğurlar qazanacağıq", - deyə 26 yaşlı futbolçu bildirib.

Daha əvvəl keçidin "zadəganlar"a 40 milyon avroya başa gəldiyinə dair xəbərlər yayılmışdı. Bonuslarla birlikdə bu məbləğ 44 milyon avroya çatacaq.

Zieş yaydan etibarən "Çelsi"yə qoşulacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR