"Çelsi"dən daha bir müqavilə

"Çelsi" daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Sport7.az xəbər verir ki, söhbət hücumçu Olivye Jirudan gedir. Klubdan verilə məlumata görə fransalı hücumçu ilə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb. Jiru "zadəganlar"ın heyətinə 2018-ci ilin yanvarında 17 milyon avroya "Arsenal"dan transfer edilib.
 
33 yaşlı forvard cari çempionatda 9 oyuna 2 qol vurub. 
 
Klub bir neçə gün öncə 38 yaşlı qapıçı Villi Kabalyero ilə də müqavilə müddətini uzatmışdı.  

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR