"Çelsi"dən Rusiyaya

"Çelsi"nin futbolçusu Viktor Mozesin yeni klubu müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Rusiya "Spartak"ına transfer olunub. Klubun rəsmi saytında yarımmüdafiəçini sonradan birdəfəlik alına bilməsi şərti ilə cari mövsümün sonunadək icarəyə götürdüyü bildirilib. 

Ötən mövsüm Mozes icarə əsasında A Seriyasında "İnter"inin formasını geyinib. 29 yaşlı xavbek bütün turnirlərdə 17 oyunun iştirakçısı olub. O, daha əvvəl "Kristal Pelas", "Liverpul", "Vest Hem", Türkiyə "Fənərbağça"sı və digər komandalarda çıxış edib. Mozes 2012 - 2018-ci illərdə Nigeriya yığmasına çağırılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR