"Çelsi"nin futbolçusu əməliyyat olundu

"Çelsi"nin futbolçusu Pedro Rodriges çiynindən əməliyyat olunub.

Sport7.az xəbər verir ki, ispan hücumçu bununla bağlı şəxsi "Instagram" hesabı vasitəsilə bildirib. Əməliyyatın uğurlu keçdiyini yazan 33 yaşlı forvard tezliklə meydana qayıdacağını bildirib. İngiltərə Kubokunun finalında "Arsenal"a 1:2 hesablı məğlubiyyətə təəssüflənən Pedro sonda dəstəklərinə görə hər kəsə təşəkkürünü bildirib.

"Arsenal"la matçın sonuncu dəqiqəsində rəqib komandanın qapıçısı ilə toqquşan forvard meydanı xərəkdə tərk etmişdi.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR