"Çelsi"nin futbolçusu polisə getdi, evinə çağırdığı qadın isə xəstəxanalıq oldu

"Çelsi"nin gənc ulduzu Kallum Hadson-Odoy qalmaqalla gündəmə gəlib.
 
Sport7.az xəbər verir ki, 19 yaşlı futbolçu internetdə tanış olduğu qadını evinə dəvət edib. Dəvəti qəbul edən qadın üçün avtomobil göndərən futbolçu onun gecə paltarında evinə gəlməsini istəyib. Ancaq evdə əylənməyə başlayan tərəflər arasında mübahisə düşüb. Dəvət etdiyi xanım hüquq-mühafizə orqanlarını arayandan sonra Odoy polis bölməsinə aparılıb. Özünü yaxşı hiss etmədiyini deyən fahişə isə təcili yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. 
 
Gələcəyin ulduzu adlandırılan futbolçunun "Çelsi"nin baş məşqçisi Frank Lempard tərəfindən hansı şəkildə cəzalandırılacağı maraqla gözlənilir. 
 
Ümumiyyətlə son günlər İngiltərədə bir çox futbolçular karantin qaydalarını pozmaqla yanaşı qalmaqallarla da diqqət mərkəzinə düşüb. Buna qdərə Kayl Uolker həm küçəyə çıxma qadağasıını pozaraq evindən kənarda yaxalanmış, həm də evində təşkil etdiyi seks partisi ilə gündəmə gəlmişdi. "Aston Villa"nın ulduzu Cek Qraliş səhərə yaxın evinə dönərkən avtomobili ilə qəza törətmişdi. "Everton"un futbolçusu Omar Niasse isə sosial məsafə qaydalarını heçə sayara, maşınında bir dostu və iki qadınla yaxanlanmış, polisin sərt reaksiyası ilə qarşılaşmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR