"Çelsi"nin rəqibi bəlli oldu

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Sport7.az xəbər verir ki, "Şefild Yunayted”  doğma publika önündə Premyer Liqa təmsiçisi "Tottenhem”i qəbul edib.

Qarşılaşmada qalib müəyyənləşməyib 2:2. İlk görüşdə rəqibi minimal hesabla məğlub edən "Tottenhem" adını finala yazdırıb.

Beləliklə finalda "Çelsi” və "Tottenhem” üz-üzə gələcək. Görüş martın 1-də keçiriləcək.


28 yanvar

İngiltərə Liqa kuboku, 1/2 mərhələsinin cavab oyunları

"Şefild Yunayted”  - "Tottenhem" - 2:2  (İlk oyun - 0:1)  
Qollar: Adams, 77, 79 - Eriksen, 28, 88

27 yanvar

"Çelsi” - "Liverpul” - 1:0 (İlk oyun - 1:1)
Qol: İvanoviç, 94 (1:0)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR