"Çelsi"nin ulduz futbolçusuna şok! - Vəhşicəsinə döydülər (FOTO)

"Çelsi"dən "Börnli"yə icarə əsasında keçən ingilis futbolçu Danni Drinkvoter döyülüb.

Sport7.az xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb. Məlumata görə futbolçu gecə saatlarında bardam çıxdığı zaman 6 nəfərdən ibarət qrup onun üzərinə hücum çəkib. 

İddiaya görə futbolçunun döyülməsinə səbəb Drinkvoterin başqa bir futbolçunun sevgilisinə "İlişməsi" olub. Belə ki, dozadan artıq içki içən futbolçu "Skuntorp"un formasını geyən Kqosi Ntlenin sevigilisinə sataşıb. Bundan sonra aləm qarışıb bir-birinə. Nəticədə bardan çölə çıxarılan futbolçu 6 nəfər tərəfindən fiziki təzyiqlərə məruz qalıb. Şahidlərin dediyinə görə, hücum əsnasında qrup üzvlərindən biri öz yoldaşlarına "ayaqlarını qırın" deyə səslənib. Bundan sonra həmin şəxslər Drinkvoterin ayaqlarına da vurmağa başlayıb. Nəticədə ulduz futbolçunun ayaq bağlarında yırtıq əmələ gəlib.

"Börnli"də forma geyən futbolçu bu səbəbdən təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Mançester polisinin məsələ ilə araşdırmalara başladığı bildirilib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR