Eltunsuz qələbə

Eltunsuz qələbə

Futbol üzrə Albaniya çempionatında 14-cü turun oyunları keçirilib.

Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi "Biliş” də növbəti matçına çıxıb.

Doğma meydanda "Partizani” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Eltun bu görüşdə forma şansı qazanmayıb. "Biliş” 12 turdan sonra 23 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR