Elxan Abdullayev millini çalışdırmaqdan imtina etdi

Elxan Abdullayev millini çalışdırmaqdan imtina etdi

"Məşqçilər Komitəsi U-18 millimizə baş məşqçi namizədi kimi Elxan Abdullayevi təklif etdi. Biz də bunu qəbul etdik. Amma hələ ki, qərar yoxdur". 

Sport7.az xəbər verir ki, bu sözləri "Azərbaycan Radiosu"nun qonağı olan AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi Elxan Abdullayevin U-18 millimizin baş məşqçi postundan imtina etdiyini təsdiqləyib: "Bəli, Elxan Abdullayev dedi ki, əsas milli komandaya gələcək baş məşqçinin köməkçisi olmaq arzusundadı. Lakin biz buna hazırda cavab verə bilmərik. Çünki milli komandaya gələn məşqçi öz köməkçilərini özü təyin edir. Təbii ki, yerli köməkçilər də olur. Hazırda bu köməkçi Arif Əsədovdu və o işinə davam edir”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR