Elxan Məmmədov U-19-la görüşdü (FOTOLAR)

Elxan Məmmədov U-19-la görüşdü (FOTOLAR)

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
 
Sport7.az xəbər verir ki, baş katib komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıb. Komandanın baş məşqçisi Samir Əliyev oyunlara hazırlıq üçün yaradılmış şəraitə görə AFFA rəhbərliyinə təşəkkür edib, seçmə mərhələdə uğurlu çıxış etmək üçün çalışacaqlarını bildirib. Görüşdə İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və AFFA-nın Texniki direktoru Bernhard Lippert iştirak edib.

U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Norveç, 12-də Çexiya, 15-də isə San Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Qrupun oyunları Çexiyada keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR