Elxan Məmmədov Vətən müharibəsinin iştirakçısı ilə görüşüb

Elxan Məmmədov Vətən müharibəsinin iştirakçısı ilə görüşüb

Ötən il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən, rəşadətli Azərbaycan ordusunun parlaq qələbəsi ilə yekunlaşan Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov ilə bu gün AFFA-nın inzibati binasında görüş keçirilib.
 
Sport7.az xəbər verir ki, icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə Mahal Məmmədovu bir daha təbrik edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR