Emil Balayev 5 qol birdən buraxdı

Emil Balayev 5 qol birdən buraxdı

Qazaxıstan çempionatında "Tobol" növbəti matçına çıxıb.
 
Sport7.az xəbər verir ki, yığmamızın qapıçısı Emil Balayevin də formasını geydiyi komanda doğma meydanda "Kayrat"la qarşılaşıb. Tərəflər arasında baş tutan matç "Kayrat"ın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Komanda ilk hissəni 2:1 hesablı qələbə ilə başa vursa da bu üstünlüyü qoruyyub saxlaya bilməyib. İkinci hissədə daha 4 qol buraxan "Tobol" 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Hətta 86-cı dəqiqədən etibarən Kustanay təmsilçisi bir nəfər azlıqda oynayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR