Emil Balayev yenidən rəmzi komandada

Emil Balayev yenidən rəmzi komandada

Qazaxıstan Premyer Liqasında XXII turun rəmzi komandası açıqlanıb.

Sport7.az xəbər verir ki, Azərbaycan millisinin "Tobol”da oynayan qapıçısı Emil Balayev yenidən ən yaxşı "11-liy"ə düşüb. Onunla yanaşı, "Tobol"un yarımmüdafiəçisi Maksim Fedin də rəmzi komandada yer alıb.

Qeyd edək ki, "Tobol" son turda "İrtış"la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Emil bu oyunda 90 dəqiqə meydanda olub. "Tobol" hazırda 45 xalla turnir cədvəlinə başçılıq edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR