Emil Balayevin atası kimə təşəkkür etdi?

Emil Balayevin atası kimə təşəkkür etdi?

Xorvatiya ilə oyunda yığmanın ən yaxşısı birmənalı Emil Balayev idi. İllərdi milliyə dəvət olunmasına baxmayaraq, yalnız bu dəfə debüt imkanı qazanan 25 yaşlı qolkiper komandasının 1 xal qazanmasında əsas pay sahibi oldu.
 
İlk yarıda dünya ikincilərinin növbəti qolu vurub, böyük üstünlük qazanmaq istəyinə Emil imkan vermədi. "Çərçivə”dəki inamlı oyunu, xorvatların bir neçə zərbəsinə əla reaksiya göstərmək ilə stadiona toplaşanların alqışını qazandı.

Həmin gün hamı Balayevdən danışırdı, yazırdı. Sosial şəbəkələrdəki paylaşımların ardı-arası kəsilmirdi. Mövzuya toxunanlardan biri də Tahir Süleymanov olub. Emili yetərincə yaxşı tanıyan, hələ "Neftçi”də top qovduğu vaxtlarda klubda vitse-prezident vəzifəsini daşıyan Süleymanov. Tahir bəy oyunun ilk hissəsi başa çatan kimi Emilin uşaqlıq şəklini paylaşaraq "1-ci hissə: Emil Balayev – Xorvatiya 4:1” yazıb. Sabiq klub funksionerinin statusuna xeyli şərh yazılıb ki, barmaqlarına əziyyət verənlərdən biri də Emilin atası Nazim Balayev olub.

Ata Balayevin Tahir Süleymanova yazdığı şərhin məzmunu belə olub:

- Axşamınız xeyir olsun, Tahir müəllim. Mən Emilin valiydeyni olaraq onun bu yerə çatmasında sizə, Sadıq müəllimə ("Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov), Güloğlana ("Neftçi”nin sabiq idman direktoru Güloğlan Cabbarov) və "Neftçi”nin bütün keçmiş kollektivinə minnətdarlıgımı bildirirəm. Sizlərin Emilin üstündə haqqınız var. Bu haqqı biz heç vaxt itirə bilmərik. Allah sizlərin bütün xeyirli işlərinizi bərəkətli etsin. Amin! (Futbol+)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR