Emil yenə qol buraxmadı - Rekorda imza atdı

Emil yenə qol buraxmadı - Rekorda imza atdı

Qazaxıstan Premyer Liqasında 28-ci tura start verilib.
 
Sport7.az xəbər verir ki, yığmamızın qapıçısı Emil Balayevin formasını geydiyi "Tobol" növbəti matçına çıxıb.
 
Kustanay təmsilçisi öz meydanında "Jetısu"nu qəbul edib.
 
0:0 hesabı ilə başa çatan matçda Emil 90 dəqiqə meydanda olub.
 
Bununla da Emil Qazaxıstan çempionatında rekorda imza atıb. Belə ki, gənc qolkiper 8 oyundur (699) qol buraxmır. 
 
Qeyd edək ki, "Tobol" 59 xalla turnir cədvəlinə liderlik edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR