"Emil yüksək səviyyəli qapıçıdır" - Qazaxıstanın tanınmış idman yazarı

Qazaxıstanın tanınmış idman yazarı Erbol Kairov "Tobol" klubunun heyətində çıxış edən millimizin qapıçısı Emil Balayev haqqında Sport7.az-a danışıb. 

- Emil Balayev haqqında fikirləriniz...
- Emil yüksək səviyyəli qapıçıdır. Almaniya oynamaq da ona təcrübə qazandırıb. O, ölkədə dünyanın ən yaxşı qapıçıları çıxış edir, almanlar özləri də yaxşı qolkiperləri tanıyırlar. 

- Onun "Tobol"da çıxışını necə qiymətləndirirsiniz?
- Qazaxıstana ilk gəldiyi vaxtlarda ona spektik yanaşırdılar. Çünki həmin vaxt Emil tək legioner qapıçı idi və "Tobol" başqa əcnəbi gətirməkdən məhrum idi. Ancaq zamanla Balayev sübut elədi ki, həqiqətən "Tobol"da "1" nömrəni daşımağa layiqdir.

- Qazaxıstan Premyer Liqasında Emili ən yaxşı qapıçı saymaq olar, yoxsa rəqibi var?
- Qazaxıstan millisinin və "Ordabası"nın qapıçısı Dmitri Nepoqodovu qeyd edərdim. O da zamanında Emil kimi Avropaya gedib. Ancaq Dmitri Fransa "Marsel"ində çıxış edə bilməyib. Elə Emil Kostanayda Dmitrini əvəz edib. Nenada Eriçin millidən gedişindən sonra Dmitri yığmanın əsas qapıçısı oldu. "Astana"nın qapıçısını çempionatın ən yaxşı qapıçısı hesab edirəm. Çünki beynəlxalq təcrübəsi Nepoqodova və Balayevdən daha çox görünür. Eriçin yeganə mənfisi yaşıdır. 

- "Tobol"un ölkə çempionatında lider olmasında Emilin nə dərəcədə rolu var?
- Balayev parlaq seyvləri ilə bir çox matçlarda əla oyun nümayiş edir. Ancaq səhvləri də olub. Emil gənc qapıçıdır və hər şey hələ irəlidədir. Ola bilər ki, hələ lider keyfiyyətləri çatmır. Əgər "Tobol"da davam etsə, daha sonra Avropanın yaxşı klubuna keçə bilər. 

- Emil Balayevin Azərbaycan millisində çıxışını necə dəyərləndirirsiniz?
- Balayev Azərbaycan millisində elə də pis çıxış etmir və dünya ikincisi olan Xorvatiya ilə oyundan sonra komplimentlərə layiq görülüb. Onun milli karyerası yeni başlayır. Buna görə Balayevə beynəlxalq arenada uğurlar arzu edirəm. İlk addımı Emil atdı. Ardı isə, daha çox irəli getmək. 

Röya Kərimli
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR