Çempionar Liqasının finalını idarə edəcək hakimin adı açıqlandı

Çempionar Liqasının finalını idarə edəcək hakimin adı açıqlandı

"Liverpul" və "Tottenhem" arasında oynanılacaq Çempionlar Liqasının finalını idarə edəcək hakimlərin adları müəyyənləşib.

Oyun sloveniyalı Damir Skominaya həvalə edilib. Ona Yure Praprotnik və Robert Vukan köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Antonio Mateu Laos yerinə yetirəcək. Danni Makkeli, Pol van Bukel, Feliks Tsvayer və Mark Borş (sonuncu ikisi ofsaydla bağlı qərarları gözdən keçirəcəklər) isə videoassistent olacaqlar.

Bu, Skominanın ÇL-dəki ilk finalıdı. 2017-ci ildə o, Avropa Liqasının finalını ("Ayaks" - "Mançester Yunayted"), 2012-ci ildə isə Avropa Superkuboku uğrunda oynanılan görüşü ("Çelsi" - "Atletiko") idarə etmişdi.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də Madridin "Vanda Metropolitano" stadionunda oynanılacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR