Çempionat dayandırıldı, kubokun finalı isə...

Çempionat dayandırıldı, kubokun finalı isə...

Belçika Futbol Federasiyası daha bir maraqlı qərarla gündəmə gəlib.

Sport7.az xəbər verir ki, Belçikada çempionat koronavirus səbəbindən yarımçıq saxlanılıb və "Brügge” çempion elan edilib. Bununla belə yerli federasiya kubokunun final qarşılaşmasını təşkil etmək barədə qərar çıxarıb.

Ölkə kubokunun finalı avqustun 1-də azarkeşlərsiz oynanayacaq. Final qarşılaşması Brüsseldəki "Kral Baudouin” stadionunda keçiriləcək.

Final qarşılaşmasında çempion "Brügge” ilə "Antverp” qarşılaşacaq.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR