Çempionatımızın ən bahalı futbolçuları -SİYAHI

Çempionatımızın ən bahalı futbolçuları -SİYAHI

Topaz Premyer Liqasının ən dəyərli futbolçuları müəyyənləşib. Sport7.az xəbər verir ki, ən dəyərli futbolçu "Qarabağ"da çıxış edir.

Belə ki, hazırda Topaz Premyer Liqasında oynayan ən bahalı futbolçu Danilo Diasdı. Braziliyalı futbolçuya "Transfermarkt" 2,5 milyon avro qiymət qoyub.

Onu "Qəbələ"nin futbolçusu Yazalde izləyir. Portuqaliyalı hücumçunun dəfəri 2,3 milyon avrodu. İlk "üçlüy"ü "İnter"dən Aleksandre Amisulaşvili qapayır. Gürcü futbolçuya 1,8 milyon avro qiymət qoyulub.

Topaz Premyer Liqasında oynayan 15 ən bahalı futbolçu arasında azərbaycanlı oyunçular yoxdu. Ən bahalalır arasına "Qəbələ"dən 5, "Xəzər Lənkəran"dan 4, "Qarabağ"dan 3, "Neftçi"dən 2, "İnter"dən 1 futbolçu düşüb.

Azərbaycanlı futbolçular arasında ən bahalısı Rəşad Sadıqovdu. "Qarabağ"ın və millinin kapitanına 650 min avro qiymət qoyulub. Yığmamızın və "Qəbələ"nin qapıçısı Kamran Ağayevin isə 500 min avro dəyəri var.

1. Danilo Dias (Qarabağ) - 2 milyon 500 min avro
2. Yazalde (Qəbələ) - 2 milyon 300 min avro
3. Aleksandre Amisulaşvili (İnter) - 1 milyon 800 min avro
4. Mbilla Etame (Xəzər Lənkəran) - 1 milyon 500 min avro
5. Kaue (Neftçi) - 1 milyon 400 min avro
6. Riçard Almeyda (Qarabağ) - 1 milyon 300 min avro
7. Çumbinyo (Qarabağ) - 1 milyon 250 min avro
8. Ernest Nfor (Neftçi) - 1 milyon 200 min avro
9. Markuniyos (Qəbələ) - 1 milyon 200 min avro
10. Manuel Skarlatake (Xəzər Lənkəran) - 1 milyon avro
11. Aleksandru Benqa (Qəbələ) - 1 milyon avro
12. Ekiqho Ehison (Qəbələ) - 1 milyon avro
13. Alfred Sanko (Xəzər Lənkəran) - 900 min avro
14. Qalin İvanov (Xəzər Lənkəran) - 800 min avro
15. Adrian Ropoton (Qəbələ) - 800 min avro

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR