Çempionlar Liqası: 1/8 finalın cavab oyunlarının taleyinə aydınlıq gəldi

Çempionlar Liqası: 1/8 finalın cavab oyunlarının taleyinə aydınlıq gəldi

Həftənin cümə günü UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bununla yanaşı, 1/8 finalın qalan cavab görüşləri ilə bağlı da qərar veriləcək.

Sport7.az AS-a istinadən xəbər verir ki, UEFA 1/8 finalın cavab matçlarının "Mançester Siti", "Bavariya", "Yuventus" və "Barselona"nın stadionlarında keçirilməsinə dair qərar qəbul edib.

Daha öncə "Mançester Siti" - "Real", "Bavariya" - "Çelsi", "Yuventus" - "Lion" və "Barselona" - "Napoli" oyunlarına Potuqaliyanın Portu və Qimaraynş şəhərlərinin ev sahibliyi edəcəyinə dair xəbərlər yayılmışdı.

Qeyd edək ki, Çempionlar Liqasının həlledici mərhələsi 12-23 avqust tarixləri aralığında Lissabonda "Səkkizlər finalı" formatında keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR