Çempionlar Liqası: Azərbaycan təmsilçisi üçün 9 potensial rəqib

Çempionlar Liqası: Azərbaycan təmsilçisi üçün 9 potensial rəqib

Çempionlar Liqasının 2015/16 mövsümündə iştirak edəcək 11 klubun adı məlumdu. Sport7.az Apasport.az saytına istinadə verdiyi  məlumatına görə, onlardan ikisi I, doqquzu II təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
 
İlkin oyunlarda çıxış edəcək 8 ən aşağı reytinqli ölkələrin çempionlarından ikisi bəllidi. Bunlar Farer adalarının B36, Estoniyanın "Levadiya” klublarıdı.
 
Digər 9 çempion isə yarışa II təsnifat mərhələsindən başlayacaq 30 ölkə təmsilçiləri sırasında yer alıb. Azərbaycan çempionunun da bu mərhələdə oynayacağını nəzərə alsaq, bu komandaları potensial rəqiblərimiz hesab etmək olar.
 
Bunlar "Dandalk” (İrlandiya), "Jalgiris” (Litva), "Ventspils” (Latviya), "Styarnan” (İslandiya), HİK (Finlandiya), "Astana” (Qazaxıstan), "Molde” (Norveç), "Malmö” (İsveç), BATE (Belarus) klublarıdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR