Çempionlar Liqası: Eqonu

Çempionlar Liqası: Eqonu "Vakıfbank"a şans tanımadı

Qadın voleybolçuların Çempionlar Liqasında növbəti yarımfinal görüşü keçirilib.

Son iki mövsümün çempionu "Vakıfbank" "Novara"nı qəbul edib. Oyun gözlənilmədən qonaqların üstünlüyü şəraitində keçib. Paola Eqonunun 30 xalla damğa vurduğu matç "Novara"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Çempionlar Liqası

Yarımfinal (ilk oyunlar)

"Vakıfbank" (Türkiyə) - "Novara" (İtaliya) - 0:3 (17:25, 25:27, 15:25)


Komandalar arasındakı cavab oyunu aprelin 10-da İtaliyada keçiriləcək.

Qeyd edək ki, digər yarımfinal matçında "İmoko Volley" "Fənərbağça"nı 3:0 hesabı ilə məğlub etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR