Çempionlar Liqasında daha bir yarımfinalçı müəyyənləşdi - YENİLƏNDİ

Çempionlar Liqasında daha bir yarımfinalçı müəyyənləşdi - YENİLƏNDİ

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Sport7.az xəbər verir ki, "Leypsiq" "Atletiko" ilə qarşılaşıb. Matç almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

1/4 finalın ilk oyununda Fransa çempionu PSJ İtaliya A Seriyası təmsilçisi "Atalanta”nı 2:1 hesabı ilə məğlub edib.
 
"Leypsiq" yarımfinalda PSJ ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1/4 final
 
13 avqust

23:00. "Leypsiq” (Almaniya) – "Atletiko” (İspaniya) 2:1
(Dani Olmo, 51, Joao Feliks, 71-p., Tayler Adams, 88)
 
Portuqaliya, Lissabon. "Joze Alvalade” stadionu
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR