Çempionlar Liqasında həftənin ən yaxşı qolu

Çempionlar Liqasında həftənin ən yaxşı qolu

Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
 
Sport7.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayb. 
 
Bildirilib ki, azarkeşlər Fransa PSJ-sinin hücumçusu Kilian Mbappenin İspaniya "Barselona"sı ilə səfər matçında (4:1) vurduğu ilk qolu birinci yerə layiq görüblər.

Almaniyanın "Borussiya" (Dortmund) klubundan Mahmud Daudun İspaniya "Sevilya"sı ilə görüşdəki (3:2) qolu 2-ci, İngiltərənin "Çelsi" komandasından Olivye Jirunun "Atletiko" ilə qarşılaşmadakı (1:0) qolu isə 3-cü olub.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR