Çempionlar Liqasında həftənin ən yaxşısı - Moura

Çempionlar Liqasında həftənin ən yaxşısı - Moura

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusunun kimliyinə aydınlıq gəlib.

UEFA-nın saytına keçirilən səsvermənin nəticələrinə əsasən, "Tottenhem"in oyunçusu Lukas Moura qalib olub. O, "Ayaks"la cavab görüşündə (3:2) het-trik edərək komandasını Çempionlar Liqasının finalına daşımışdı.

Qeyd edək ki, Moura səsvermədə komanda yoldaşı Mussa Sissoko və "Liverpul"un futbolçuları - Corcinyo Vernaldum ilə Trent Aleksander-Arnoldu qabaqlayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR