Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

Çempionlar Liqasında ilk finalçı müəyyənləşdi

Qadın voleybolçuların Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.

Birinci matçda 3:0 hesabı ilə qələbə qazanan "İmoko Volley" səfərdə "Fənərbağça"nın qonağı olub. Oyun İtaliya təmsilçisinin üstünlüyü şəraitində keçib. Nəticədə yenə rəqibinə set verməyən "İmoko Volley" ilk görüşdəki nəticəni təkrarlayaraq finala vəsiqə qazanıb.


Çempionlar Liqası

Qadınlar

Yarımfinal

"Fənərbağça" (Türkiyə) - "İmoko Volley" (İtaliya) - 0:3 (18:25, 22:25, 26:28)

İlk görüş - 0:3


Xorvatiyalı Samanta Fabris "İmoko"nun heyətində 17 xalla oyunun ən məhsuldar ismi olub. "Fənərbağça"da Samanta Brisionun 15 xalı isə qalibiyyət üçün yetərli olmayıb.

Qeyd edək ki, "İmoko Volley"in finaldakı rəqibi bu gün müəyyənləşəcək. "Vakıfbank" ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu "Novara"nın qonağı olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR