Çempionlar Liqasında İtaliya finalı

Çempionlar Liqasında İtaliya finalı

Qadın voleybolçuların Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib.

"Novara" son iki mövsümün çempionu "Vakıfbank"ı qəbul edib. İlk görüş İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
 
Gərgin mübarizə şəraitində keçən oyundan qonaqlar 3:1 hesabı ilə qalib ayrılıblar. Belə olan halda, finalçını müəyyənləşdirmək üçün "qızıl set"ə ehtiyac duyulub. Həlledici setdə 16:14 üstün olan "Novara" finala yüksəlib.


Çempionlar Liqası
 
Yarımfinal (ikinci görüşlər)

"Novara" (İtaliya) - "Vakıfbank" (Türkiyə) - 1:3 (23:25, 20:25, 25:15, 21:25)

Qızıl set - 16:14

İlk görüş - 3:0


"Novara"nın heyətində Paola Eqonu 39 xalla matçın ən məhsuldar ismi olub.

Mayın 18-də keçiriləcək final görüşündə "Novara" digər İtaliya təmsilçisi "İmoko Volley"lə üz-üzə gələcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR