Çempionlar Liqasında yeni mükafat

Çempionlar Liqasında yeni mükafat

Çempionlar Liqasında matçların ən yaxşı oyunçuları xüsusi mükafata layiq görüləcəklər.

UEFA-nın mətbuat xidmətinin məlumatına görə, sabah start götürəcək 1/8 final mərhələsindən etibarən sözügedən yeniliyin tətbiqinə başlanacaq.
 
Qaliblər UEFA tərəfindən təyin olunmuş və matçları izləyən xüsusi müşahidəçilər tərəfindən müəyyənləşdiriləcək. Siyahıda Qaret Sautqeyt, Roberto Martines, Fil Nevill, Robbi Kin, Aytor Karanka və daha bir neçə məşhur mütəxəssisin adlarına rast gəlmək mümkündü.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR