Çempionlar Liqasının bərpası ilə bağlı UEFA-dan yeni təklif

Çempionlar Liqasının bərpası ilə bağlı UEFA-dan yeni təklif

UEFA ölkə çempionatlarının gələcəyi ilə bağlı mümkün variantları gözdən keçirir.

Sport7.az xəbər verir ki, bu barədə "As" məlumat yayıb. 
 
Nəşrin xəbərinə görə, UEFA liqaların bərpası ilə bağlı üç mümkün tarix - may, iyun və sentyabr - təklif edib. Koronavirus pandemiyasının Avropa daxilində yenicə alovlanması may variantını mümkünsüz edir. Çempionatların sentyabrdan etibarən davam etdirilməsi isə yeni mövsümün təqvimini pozacaq.

Hazırkı vəziyyətdə iyun ayı ən uyğun seçim hesab olunur. UEFA prezidenti Aleksander Çeferin oyunların iyunda keçirilə biləcəyindən əmindi. Matçların boş tribunalar önündə oynanılması ehtimal daxilindədi.
 
Virusun daha əvvəl ortaya çıxdığı İspaniya və İtaliyada mövsümün iyun ayından öncə bərpa ediləcəyinə dair ümidlər var. Almaniya, Fransa və İngiltərədə isə müəyyən yubanmalar ola bilər.

Aprelin 1-də UEFA-nın növbəti iclası keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR