Çempionlar Liqasının finalından 9 ay sonra ata oldular

Çempionlar Liqasının finalından 9 ay sonra ata oldular

"Liverpul"un futbolçuları Məhəmməd Salah və Cordan Henderson ata olublar.
 
Sport7.az xəbər verir ki, onlar bu sevinci eyni gündə yaşayıblar. 

Salahın qız, Hendersonun isə oğul övladı dünyaya gəlib. 
 
Körpələr "Liverpul"un Çempionlar Liqasının qalibi olduğu gündən 9 ay sonra dünyaya göz açıblar. 
 
Qeyd edək ki, "Liverpul"un "Barselona"nı 4:0 (0:3) məğlub edərək Avropanın ən güclüsü adını qazandığı görüş 7 may 2019-cu il tarixində baş tutub. 
 

 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR